AZ

“Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ

“Milli Şuranın dərdi xalqın azadlığı, insan haqları, sərbəst toplaşmaq və ifadə azadlığı kimi hüquqlar uğrunda mübarizə aparmaq deyil. Əgər belə olsaydı bu millilikdən uzaq qurum 25-30 illik erməni işğalı dövründə bir dəfə də olsun Azərbaycan vətəndaşlarının pozulmuş fundamental hüquqlarının bərpası ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırar, milli maraqlar naminə baş verənlərə siyasi qiymət verilməsinə cəhd edərdi. Amma xalqımızın taleyüklü məsələlərində bizimlə bir sırada durmayanlar, bu gün şəxsi maraqları naminə dövlətə, xalqa iftira atmaqdan çəkinmir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Milli Şuranın tələbləri sosial sifarişli deyil: “Onların xalqın adından danışmağa heç bir haqqı yoxdur. Radikal müxalifətlə sinxron hərəkət edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana təsir imkanları tükənib deyə “5-ci kolon”unu işə salıb. Onlar güman edirdilər ki, Azərbaycan nümayəndə heyətinin mandatını bir il müddətinə məhdudlaşdırmaqla bizdən istədiklərini ala biləcəklər. Ən azından onların tələblərinə boyun əyəcək, ermənipərəst mövqelərinə göz yumacağıq. Amma belə olmadı, Azərbaycandan öhdəliklər tələb edən AŞPA-ya xatırladıldı ki, daha çox Azərbaycan onlara lazımdır. Öhdəlik məsələsinə gəlincə, AŞPA-nın da öhdəliyi var və bu, Ermənistanın işğalçı siyasətinə məhdudiyyət qoymaqdan da uzağa gedə bilərdi. Amma onlar bunun əvəzinə ölkə daxilində yeni çaxnaşlmalar, təxribatlar törətməyə çalışırlar. Milli Şuranın mitinq iddiasının arxasında da beynəlxalq təşkilatlardan, o cümlədən AŞPA-dan aldığı sifariş dayanır. Bəli, Milli Şuranın AŞPA qarşısında öhdəliyi daha çoxdur, Azərbaycanın yox”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla