AZ

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakı. Trend:

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında sərhədlərindelimitasiyası üzrə Komissiyanın səkkizinci görüşü çərçivəsindəəldə olunan razılaşmanı alqışlayır.

Trend rəsmi KUNA agentliyinə istinadən xəbər verir ki, bufikirlər Küveyt Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

“Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşmaCənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təminedilməsi, tezliklə sülh sazişinin imzalanması istiqamətində atılmışmühüm addımdır”, - bəyanatda deyilir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinibki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - BağanısAyrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) –Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla