AZ

"Neftçi"nin legionerindən sabiq klubuna "yaşıl işıq"

"Neftçi"nin futbolçusu Yuri Matias Rumıniya mətbuatına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, braziliyalı müdafiəçi ÇFR klubuna mümkün keçidindən danışıb:

"ÇFR-ə qayıtmağımla bağlı nəsə bilmirəm. Lakin futbolda hər şey mümkündür. Bilirəm ki, həm ÇFR-də, həm də Rumıniyada məni təqdir edirlər. Komanda indi yaxşı vəziyyətdə deyil, amma ümid edirəm ki, daha yaxşı olacaqlar.

Rumıniya çempionatının oyunlarını izləyirəm. Hər şeydən xəbərdaram, dili də öyrənmişəm. Rumıniyada çoxlu dostlarım var".


Matias 2023-cü ilin yayında ÇFR-dən "Neftçi"yə keçib. O, bu mövsüm Premyer Liqada 27 oyunda 4 qol vurub.
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla