AZ

Bu gün Əskiparada minatəmizləmə işləri başa çatacaq - Erməni KİV

"Noyemberyan icmasının yaşayış məntəqələrinin rəhbərləri hökumət komissiyasının işçi qrupunun işində iştirak etməkdən imtina etdilər. Çünki baş verənlərin davam edəcəyini anladıq. Konkret olaraq Əskiparada minatəmizləmə işləri artıq aparılır və yəqin ki, bu gün başa çatacaq".

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu aprelin 23-də Xeyrimlidə toplaşan vətəndaşlara Əskipara kəndinin inzibati rəhbəri İşxan Ağbalyan məlumat verib.

“Bu ərazidə demarkasiya və delimitasiya olacaq. Mübahisəli ərazilərin olduğu digər yerlərlə bağlı məsələ isə bizə dedilər ki, sonra həll olunacaq. Yəni onun 10 gün əvvəl elan etdiyi üçbucaqlar qalıb, anklav da. Bunlar daha sonra müzakirə olunacaq məsələlərdir. Hər şey 90% Azərbaycandan asılı olacaq referendum nəticəsində həll olunmalıdır.

Əgər Azərbaycan referendum istəməsə, bu ərazilərin taleyinin necə olacağını başa düşürsüz? Yəni, Əskipara anklav olaraq qalacaq, çünki həm öndən, həm də arxadan onunla əlaqə kəsiləcək. Söhbət Berkaber üçbucağından və çayın sağ sahilindəki onlara məxsus ərazidən gedir.

Biz birtərəfli güzəşt görürük, ona görə də gələcəkdə komissiyanın işində iştirakdan imtina edirik”, - deyə Ağbalyan bildirib.

Zaur
BakuPost
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla