AZ

Yavaş-yavaş öldürən qidalar:Suşi, meyvə şirəsi və...

Faydalı olduğu iddia edilən bəzi məhsullar orqanizmimizə zərər verə bilər.

Mütəxəssislər belə qidaların ən az siqaret qədər təhlükəli olduğunu və insanı yavaş-yavaş öldürdüyünü bildirirlər.

Medicina.az həmin qidaları təqdim edir:

Təzə sıxılmış meyvə şirələri

Meyvələr pəhriz üçün həyati əhəmiyyət kəsb edir və təzə çəkilmiş şirələr çoxlarının sevimlisidir. Amma meyvəni maye formaya salmaq heç də sağlam seçim deyil. Çünki meyvə şirələri təbii olsalar belə, həddəna rtıq şəkər ehtiva edirlər. Həmçinin, meyvə ürək xəstəlikləri və piylənmənin qarşısının alınmasında mühüm rol oynayan lif kimi sağlam elementlərinin çoxunu itirir.

Qranola barlar

Qidalandırıcı maddələrlə zəngin olsa da, bəzi qranola barlarında əlavə şəkər miqdarı da yüksəkdir. Bu cür barlar evdə düzgün hazırlandığı və ya etibarlı bir markadan əldə edildiyi təqdirdə, aclığı təmin etmək və həddindən artıq yeməyin qarşısını almaq üçün əla bir yoldur. Lakin bu məhsulları seçərkən şəkərin miqdarına və tərkib hissələrinə diqqət yetirmək lazımdır. Əksər brendlərin dietik qida kimi tədim etdikləri barların çoxunun tərkibi hərhansı bir yüksək kalorili şirniyyatdan seçilmir.

Suşi

Suşinin özü zərərli deyil. Amma əsl problem suşidəki müxtəlif inqrediyentlər və əlavələrdir. Restoranlar rəqabət apara bilmək üçün hər az qala hər gün yeni bir suşi növü yaradırlar. Əfsuslar olsun ki, bu suşilərin çoxu “fast-food” qidalanma tərzinə öyrəşmiş insanların damaq zövqünə uyğun hazırlanır. Odur ki, bu gün bir çox suşi rollarda mayonez, krem pendir, müxtəlif souslar və suşinin kalori dəyərini artıran maddələr var.

Süni göl balıqları

Dəniz balıqları ürək xəstəliyi və insult riskini azalda bilən sağlam Omeqa-3 yağ turşularının zəngin mənbəyidir. Ancaq bu, əsasən balığın nə yediyindən asılıdır. Təəssüf ki, supermarketlərdən aldığımız balıqlar adətən okeandan deyil, fermalardan gəlir. Buna görə də, onlar nəinki sağlam qida maddələrindən məhrumdurlar, hətta onların daha sürətli böyüməsi üçün kimyəvi əlavələrdən də istifadə edilir.

Yağı azaldılmış qidalar


Yağsız qidalar sağlam görünsə də, sözün əsl mənasında maskalanmış ola bilər. Bunun əvəzinə kəsmik və ya qatıq istehlak etmək daha yaxşı olar. Süd və süd məhsullarının yağı azaldılmış versiyalarını almaq tövsiyə olunmur.

Taxıl lopaları

Müxtəlif taxıl növlərindən ahzırlanan lopalar sağlam səhər yeməyi üçün sadə bir həll kimi qəbul edilir. Ancaq bu o qədər də doğru deyil. İşlənmiş taxıllar sizi tox tutmağa kömək edən əhəmiyyətli miqdarda lif və digər qida maddələrini itirmiş olur. Bundan əlavə, dadını daha yaxşı və uşaqlar üçün daha cəlbedici etmək üçün əksər taxıl lopalarına şəkər əlavə edilir.


Aysel

Seçilən
133
34
Mənbələr
Şərh ()
Bağla