AZ

Sürücü yol polisinin bu hərəkətini videoya çəkib paylaşdı - VİDEO

Bakıda yol polisinin sürücüyə etdiyi köməklik sosial şəbəkədə gündəm olub. Avtosfer.az xəbər verir ki, hadisə Azneft dairəsində baş verib. Belə ki, sürücü halı pisləşən sərnişini təcili tibbi yardım məntəqəsinə çatdırmaq üçün yol polisi əməkdaşından köməklik etməsini xahiş edib. Xidmətdə olan Urfan adlı yol polisi əməkdaşı sürücünü müşayiət edərək xəstəxanaya çatdırıb. Sürücü qeydə aldığı videonu sosial şəbəkədə paylaşaraq polis əməkdaşına minnətdarlığını bildirib.

 

Fərid

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla