AZ

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındaki rolunu göstərir

Debora

İstanbul, 23 aprel, Günel Karatepe, AZƏRTAC

Bu gün Azərbaycanın tanınmış rəssamı Aida Mahmudovanın əsərləri İstanbulda “Vision Art Platform”da sərgilənir. Onun bu gözəl sərgisinə ev sahibliyi etdiyimiz üçün özümüzü çox xoşbəxt hiss edirik.

Bu fikirləri tanınmış azərbaycanlı rəssam, “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudovanın İstanbulda açılan fərdi sərgisi ilə bağlı AZƏRTAC-a müsahibəsində “Vogue” jurnalının Türkiyə üzrə təmsilçiliyinin baş redaktoru Debora Zakuto söyləyib.

Əsərlərdən olduqca təsirləndiyini dilə gətirən Debora Zakuto deyib: “Rəssamın bir çox əsərini xaricdə açılan sərgilərdə də görmək şansım olmuşdu. Açığı Aida Mahmudovanın əsərlərində təbii materiallardan istifadəsinə heyran qaldım. Sənətkar təbii, ilham verən daşları çox gözəl bir şəkildə 3D formatda istifadə edib. Bununla da Aida Mahmudova yaratdığı əsərlərini kətan üzərində boya ilə çəkilmiş rəsmdən çox heykələ çevirib. Əsərlərdə ən çox diqqətimi çəkən qaranlıqdan işıqlığa keçidlərdir. Fikrimcə bu ahəng sənətkarın təbiətə olan sonsuz sevgisi və təbiətin onun həyatındaki rolunu göstərir”.

 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla