AZ

Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları təsdiq edildi

Bakı. Trend:

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədəqəbzlərin formaları” təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədovqərar imzalayıb.

Sənədə əsasən, ünvan sahibi olmadığı təqdirdə prosessual sənədinverildiyi şəxs onu mümkün olan ən qısa müddətdə ünvan sahibinəverməlidir.

Ünvan sahibi və ya digər şəxs prosessual sənədi qəbul etməkdənimtina etdikdə, onu təqdim edən şəxs ünvan sahibinin yaşadığı yerüzrə yerli özünüidarəetmə orqanı, yerli icra hakimiyyəti orqanı vəya iş yerinin müdiriyyətinin iştirakı ilə prosessual sənədinverilməməsinin səbəblərinə dair müvafiq qeydlər etdikdən sonra onucinayət prosesini həyata keçirən orqana qaytarır. Bu haldaprosessual sənəd rəsmi qaydada verilmiş hesab olunur.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla