AZ

“Metropark" MTK-yə cərimə protokolu yazılıb

“Metropark" MTK barəsində idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 518.3-cü  maddəsinə: görə  eyni hərəkətlərin yanğına qarşı xüsusi rejim şəraitində törədilməsinə görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsgərovanın icraatındadır.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla