AZ

İdman zalından 12 min manat oğurlayan mühafizəçi saxlanıldı

Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib.

Yenisabah.az xəbər verir ki, kassa aparatı sındırılaraq oradan 12 min manata yaxın vəsait oğurlanıb.

Araşdırmalarla pulu idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilovun oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. 


Telegram kanalımız
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla