AZ

“Barselona” “Çelsi”dən futbolçu transfer etmək istəyir

“Çelsi”nin futbolçusu Karni Çukvuemeka karyerasını İspaniya la Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Barselona” 20 yaşlı dayaq yarımmüdafiəçisini transfer etmək istəyir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi mövsüm bitdikdən sonra gənc oyunçunu heyətinə qatmaq üçün London klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, “Çelsi” Karni Çukvuemekanı 2022-ci ilin yayında “Aston Villa”dan transfer edib. İngiltərə U-21 milli komandasının üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
61
19
Mənbələr
Şərh ()
Bağla