AZ

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Xəzər dənizində yaradılacaq süni torpaq sahələrinin üzərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəşt və təşviqlər tətbiq edilə bilər.  

Sahibkarların Xəzərdə yaradılacaq süni torpaq sahələrinin üzərində fəaliyyət göstərməyə təşviq etmək üçün hansı addımlar atıla, hansı güzəştlər edilə bilər? Burda hansı sahibkarlıq sahələri inkişaf edəcək?

Bununla bağlı Valyuta.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki,  Xəzər dənizində yaradılacaq süni torpaq sahələri ölkənin turizm potensialıına ciddi təsir edəcək:

“Bu adalar gələcəkdə, həm daşınmaza əmlaka xarici investisiya qoyuluşunu, həm turizmin inkişafına müsbət təsir göstərəcək. Sözsüz ki, burda olacaq sahibkarların fəaliyyət istiqaməti müxtəlif və çoxşaxəli olmalıdır. Ona görə də bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara gəlirlər və imkanlar yaradılır. Bu baxımdan hesab edirəm ki, sahibkarların fəaliyyəti orda qurulan infrastrukturdan asılı olacaq”. 

İqtisadçı bildirib ki, yaradılacaq adalarda  infrastruktur qurulandan sonra sahibkarların özü orda fəaliyyət göstərməyə can atacaq:

“Bu ərazilər maraqlı və trendlərə uyğun inkişaf etmiş olacaq. Ona görə də orda fəaliyyət göstərəcək sahibkarlara münbit rəqabət şəraitinin yaradılması və şəffaf fəaliyyət göstərməyə imkan verilməsi onların bu əraziyə həm maraqlarını, həm də motivasiyasını təmin edə bilər”. 

Davud

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla