AZ

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

Aprelin 23-də İstanbulda tanınmış azərbaycanlı rəssam, “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudovanın fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, rəssamın “Bir arzu gerçəkləşir” (A Dream Unfolds) mövzusunda açılan sərgisi İstanbulun ən gözəl sənət qalereyalarından biri olan “Vision Art Platform”da təşkil edilib.

Qeyd edək ki, iyunun 23-dək davam edəcək və ümumilikdə 61 əsərin sənətsevərlərə təqdim edildiyi sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyimizin əməkdaşları, Türkiyənin rəsmi qurumları və mədəniyyət sahəsinin tanınmış simaları, eləcə də media nümayəndələri iştirak ediblər.

Seçilən
53
26
Mənbələr
Şərh ()
Bağla