Qızları məşhurlara atalıq iddiası qaldıran ananın yeni arxiv görüntüsü yayıldı
Türkiyədə qızları məşhurları atalıq iddiası ilə məhkəməyə verən ana Suphiye Orancının daha bir arxiv görüntüsü gündəmə gəlib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qızları usta aktyor Metin Akpınara qarşı atalıq davası açan Orancının illər əvvəl usta aktyor ilə Dönmə dolap" filmində rol aldığı məlum olub. 1989-cu ildə çəkilmiş "Dönmə dolap" filmində Orancı Akpınar və Zeki Alasya ilə birlikdə rol alıb. Daha əvvəl Orancının İbrahim Tatlısəsin bir neçə filmində rol aldığı üzə çıxmışdı. Əfsanə Rəcəb Manşet.az