AZ

Qiyamət senarisi - “Heç nə olmaz” deməyin, gələcək təhdid altındadır - FOTO

Dünyanın gedişatı ilə bağlı ciddi narahatlıqlar var.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər son vaxtlar qlobal istiləşmənin səbəb ola biləcəyi pis ssenarilər barədə xəbərdarlıq edirlər.

Qlobal istiləşmə təbii tarazlığımızın pozulmasına, dəniz səviyyəsinin qalxmasına, ekosistemlərin zədələnməsinə və hətta bir çox digər mənfi təsirlərə səbəb ola bilər.

Türkiyənin Meteorologiya resursu Hava Forumu Qlobal Səth Temperatur Anomaliyasını paylaşıb. Paylaşımda deyilir:

"Dünyamızın gedişatı heç də yaxşı deyil... Qlobal səth temperaturu anomaliya qrafikinə baxın. Korona dövründə bir müddət sakitləşdik, sonra isə qeyri-adi yüksəliş başladı... İnsanların çoxu “heç nə olmayacaq” rejimindədir, amma gələcək parlaq deyil...”.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla