AZ

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Latviya

Bakı, 23 aprel, AZƏRTAC

Latviya hökuməti 2026-cı tədris ilində məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisindən imtina etmək barədə qərar qəbul edib.

AZƏRTAC Delfi portalına istinadla xəbər verir ki, 2025-ci il sentyabrın 1-dən öncə rus dilini ikinci xarici dil kimi seçən məktəblilər tədris proqramı bitənədək bu dili öyrənə biləcəklər. Daha sonra isə şagirdlərə rus dili əvəzinə Avropa İttifaqı ölkələrinin rəsmi dilləri və ya hökumətlərarası sazişlərlə tənzimlənən xarici dilləri öyrənmək təklif olunacaq.

Qeyd edək ki, Latviya Təhsil və Elm Nazirliyinin məlumatına görə, Latviyada birinci xarici dil kimi ingilis dili tədris olunur. Rus dili isə hazırda ölkədəki məktəblərin təxminən yarısında ikinci xarici dil kimi öyrənilir.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla