“Real”ın ulduzu Luka Modriç fikrini dəyişib.
İdmanxeber.az məlumat verir ki, xorvatiyalı oyunçu Madrid klubuyla olan müqavilə müddətini daha bir il uzatmaq niyyətindədir. O, karyerasını “kral klubu”nda başa vurmaq istəyir.
Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, “los galacticos”un heyətində 5 dəfə Çempionlar Liqasının qalibi olub.