AZ

"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi

(®) “SUP.VC” şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə "CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirilib.

Mədəniyyət, incəsənət və texnologiyanı bir arada cəmləyən CulTech proqramının 6 yenilikçi startapı 3 aylıq iş prosesindən sonra məzun olub. Onların hər biri bu proses ərzində öz MVP modellərini uğurla hazırlayaraq, yekunlaşdırıblar.

“CulTech İnkubasiya Proqramı” sahibkarlıq ekosisteminə yeni və innovativ ideyalar təklif etmək məqsədi daşıyan platformadır. İştirakçılar öz modellərini uğurla inkişaf etdirərək bu prosesdə mühüm addımlar atıblar. “Demoday” tədbirində sahibkarlar öz texnologiya məhsullarını, Azərbaycanın aparıcı startap ekosisteminin nümayəndələri və investorları qarşısında nümayiş etdiriblər.

Təqdim olunan startaplar:

Nus Galery - virtual rəsm qalereyası

BYQR - ağıllı QR sistemi

Chaplean - virtual musiqi platforması

Wondvoy - mədəni irsi təmsil edən rezervasiya platforması

1tale.shop - süni intellektdən istifadə edərək spesifik dizaynlarda xalça istehsalı

Nevvent  - tədbir təşkil etmək platforması

CulTech İnkubasiya ProqramıSUP.VCNus GaleryBYQRChapleanWondvoy1tale.shopNevventstartaplar
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla