AZ

“Vardanyan kartından dünya mətbuatında Azərbaycana qarşı istifadə olunacaq” - Politoloq

Ruben Vardanyanın ailəsi onun aclıq aksiyasına başladığını açıqlayıb. Aclıq aksiyası 2024-cü il aprelin 5-də Vardanyan və vəkilinin məhkəmənin vaxtında, ədalətli və şəffaf keçirilməsi ilə bağlı dəfələrlə müraciətlərindən sonra başlayıb. Bundan başqa bu yaxınlarda Vardanyanın adının Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi barədə məlumatlar da yayılmışdı.

Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi, politoloq Anar Həsənov Herbiand.az-a bildirib ki, Qərb bu gün Vardanyan kartından Azərbaycana qarşı oynayır:

“Fikir versəz hətta, Nobel mükafatlığına namizəd kimi də təqdim edirlər. Amma etiraf edək ki, Nobel platforması Qərbin platformasıdır. Bir qayda olaraq həmin platforma üzrə namizədlərin əksəriyyəti Qərbin maraqlarına siyasi və humanitar sahələrdə xidmət etmiş insanlardır. Yəni, Vardanyan Azərbaycana qarşı Qərbin təzyiq üçün alətidir. Düşünürəm ki, bu təzyiqlər daha da çoxalacaq. Ələlxüsus da, bu təzyiqlər COP29 Qlobal Beynəlxalq konfransı ərəfəsində başlayacaq. Hansısa dövlətlər ora gəlməklə bağlı şərtlər irəli sürə bilərlər. Bilirsiniz, Azərbaycana qarşı təzyiqlər onsuz da var. Vardanyan kartından dünya mətbuatında Azərbaycana qarşı istifadə olunacaq. O, Azərbaycana qarşı alver üçün istifadə olunan bir kəsdir. Yəni, siz Vardanyanı azadlığa buraxın, biz hansısa məsələlərdə geri çəkilək. Sonra da bunu Qərbin qələbəsi kimi Ermənistan cəmiyyətinə təqdim edəcəklər. Bir sözlə Qərb öz nüfuzunu artıqmaq üçün bu kartdan istifadə edəcək”.

Anar Həsənov düşünmür ki, Azərbaycan Vardanyanı kiməsə və nəyəsə dəyişəcək. Çünki o, çox ağır cinayətlərdə ittiham olunur:

“Söhbət terrora yardımda, dövlətçiliyə qarşı qruplaşma yaratmaqda və Azərbaycan sərhəddini qanunsuz keçməkdən gedir. Bu cinayətlərin hansına göz yumub onu azadlığa buraxmaq olar? Ona görə düşünmürəm ki, Azərbaycan bu təzyiqlərə qarşı dözümsüz olacaq. Mənə elə gəlir ki, Azərbaycan tab gətirəcək. Nəyə görə Vardanyan kartı indi başlayıb? Ona görə ki, hazırda beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı iddialar irəli sürürlər. Vardanyan kimi milyarderdin adından istifadə edib Azərbaycana təzyiq etmək üçün gözəl əlverişli şəraitdir. Bunun nəticəsi olacaqmı? Mən bunu düşünmürəm. Vardanyan ömürlük və ya 25 illik həbs cəzası alacaq. Azərbaycan elə bir ağır vəziyyətə düşməyib ki, Ruben Vardanyanı verib əvəzində kimisə, hansısa bir şərlənmiş vətəndaşını və yaxud nüfuzlu şəxsini geri qaytarsın”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla