AZ

Böyük Britaniya Ruanda planını təsdiqləyir


7NEWS.az xəbər verir ki, İngiltərədə qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyası ilə bağlı qanun layihəsi parlamentdən keçib və İngiltərə kralı III Çarlzın təsdiqindən sonra qanuna çevriləcək. Ölkədən qeyri-qanuni mühacirləri Ruandaya deportasiya edəcək qanun layihəsi İcmalar Palatası ilə Lordlar Palatası arasında gedib-gəldikdən sonra parlament tərəfindən qəbul edilib. Qanun layihəsi İngiltərə kralı III Çarlzın təsdiqindən sonra qanuna çevriləcək. Baş nazir Sunak dünənki açıqlamasında ölkədən qeyri-qanuni mühacirləri Ruandaya deportasiya edəcək təyyarələrin 10-12 həftə ərzində havaya qalxacağını bildirib.

7NEWS.az
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla