AZ

“Şuşada keçiriləcək tədbirlər siyasi, tarixi əhəmiyyət kəsb edəcək” - RƏY BİLDİRDİ

“İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın önəmli rolu var. Azərbaycan ümumilikdə İslam Həmrəylik Hərəkatının formalaşmasına öz töhfələrini verir, təşkilatın institutlaşmasında mühüm rol oynayır. Eyni zamanda Azərbaycanın müxtəlif beynəlxalq müstəvilərdə fəaliyyətinə İslam Həmrəliyi çərçivəsində ciddi dəstək var”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi olduqca əhəmiyyətlidir: “Çünki bu həm Azərbaycanın İslam həmrəyliyinə töhfəsi baxımından qiymətlidir, həm də Qarabağ münaqişəsinin həllindən sonra yaranmış reallıqların dünyaya təqdimatı aspektində yeni şanslar açmış olacaq. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Gənclər Birliyinin inkişafında ciddi və vacib addımları var.

Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı olmaqla dünya üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Şuşa ilə bağlı ermənilərin həyata keçirə bilmədikləri, amma bütün dünyaya bəlli olan təxribatçı addımları bizim qədər, İslam ölkələrini də narahat edib. Bu mənada Şuşada keçiriləcək tədbirlər siyasi, tarixi əhəmiyyət kəsb edəcək. Müxtəlif müsəlman ölkələrinin gənclərinin Şuşa şəhərinə gəlməsi və burada müxtəlifin tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu həm də gənclərin Azərbaycanı daha yaxından tanımalarına şərait yaratmış olacaq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla