AZ

Uşaqların depresiyyaya düşməsinə nə səbəb olur? - PSİXOLOQ DANIŞDI

“Uşaq və yeniyetməlik depresiyyaları fərqlidir. Yəni, depresiyya halı uşaqlarda bir o qədər özünü göstərməsə də, yeniyetmələrdə tez zamanda özünü büruzə verən psixi durumdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, depresiyya əlaməti olaraq uşaqların həddindən artıq özlərinə qapanmaları, heç kimlə ünsiyyətə girməmələri kimi göstərilə bilər: “Həmçinin evdə özlərini digərlərindən təcrid etmələri, bəzən ancaq ağlayıb, bəzən isə gülmələri, yeməkdən kəsilmək də depresiyya əlaməti kimi özünü göstərir. Bəzi hallarda uşaqlar depresiyyadan çıxsalar da, sonra yenidən depresiyyaya düşə bilirlər. Bu da aldadıcı olur ki, valideynlər xüsusi olaraq diqqətli olmalıdırlar.

Valideynlərin övladlarını diqqətdən kənar qoyması, müəllimlərin laqeyd yanaşması da uşaqların depresiyyaya düşməsinə səbəb ola bilir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
66
24
Mənbələr
Şərh ()
Bağla