AZ

Poliklinikaya lisenziyasız fəaliyyət göstərdiyinə görə cərimə yazıldı

Tovuz Rayonu Təsərrüfat Hesablı Stomotoloji Poliklinikaya cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, poliklinika barəsində 210.1-ci maddəsi (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) ilə inzibati protokol tərtib olunub.

İşə Tovuz Rayon Məhkəməsində hakim Fərid Əliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, poliklinika iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla