AZ

Latviyada rus dilinin tədrisi DAYANDIRILDI

Latviya hökuməti orta məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisinin dayandırılması barədə qərar qəbul edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, 2026 – 2027-ci tədris ilindən tətbiq ediləcək.

Bildirilib ki, 2026-cı ildən başlayaraq orta təhsil müəssisələri tələbələrə ikinci xarici dil kimi Avropa İttifaqına və ya Avropa İqtisadi Birliyinə (AİA) üzv ölkələrin rəsmi dillərindən yalnız birini seçmək imkanı verəcək.

Latviyanın baş naziri Evika Silina hökumətin qərarını “yaxşı xəbər” kimi şərh edib. Onun sözlərinə görə, artıq məktəblilər rus dilindən uzaqlaşa biləcəklər.

Latviya Təhsil və Elm Nazirliyinin məlumatına görə, rus dili respublika məktəblərinin, demək olar ki, yarısında ikinci xarici dil kimi tədris olunur. Bəzi məktəblər alternativ dil təklif etmirlər.

Qeyd edək ki, bundan öncə Latviya prezidenti Edqars Rinkeviç latın dilindəki “Carthago delenda est” (“Karfagen məhv edilməlidir”) frazasının dəyişdirilmiş “Russia delenda est!” versiyasını işlətməklə Rusiyaya qarşı mübarizəyə çağırmışdı.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla