AZ

“Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin olması Rusiyanın təsirinin ölməsidir” – EKSPERT

“Tavuşluları çox yaxşı başa düşürəm, onlar öz haqları uğrunda mübarizəyə çıxıblar, amma bu mübarizəni kim qızışdırır, arxasında kim dayanır, başa düşürəm ki, bunlar Rusiya təsirinin agentləridir və təhlükə buradadır”.

Bu fikirləri Ermənistan Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun eksperti David Stepanyan ifadə edib.

Stepanyan hesab edir ki, Rusiyanın narahatçılığınmn əsası var:

“Rusiya üçün Ermənistan və Azərbaycanın sərhədlərinin demarkasiyası bir şey deməkdir: Rusiya Federasiyasının burada, sərhəddə heç bir işi yoxdur, əgər hər iki ölkənin sərhədçiləri orada dayanırsa.

Ruslar da çox gözəl başa düşürlər ki, bütün sərhəd delimitasiyası və demarkasiyası həyata keçiriləndən sonra onların Ermənistanda heç bir işi olmayacaq. Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin olması Rusiyanın təsirinin ölməsidir”.

Herbiand.az

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla