AZ

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Britaniya

Bakı, 23 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynaya 1600-dən çox zərbə və hava hücumundan müdafiə raketi də daxil olmaqla, indiyə qədər ən böyük hərbi yardım paketini elan edəcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sunak çərşənbə axşamı Polşaya səfəri zamanı Ukrayna üçün 500 milyon funt-sterlinq (618,6 milyon dollar) paketi açıqlayacaq.

Britaniya mənbələrinin açıqlamasına görə, mühüm paketə təxminən 400 avtomobil, 1600 döyüş sursatı və 4 milyon patron daxildir. Yardım paketi, həmçinin 60 hərbi qayığı, dəniz silah-sursatını və 1600-dən çox zərbə və hava hücumundan müdafiə raketini, həmçinin 250 kilometrdən (155 mil) artıq atəş məsafəsinə malik dəqiq idarə olunan “Storm Shadows” qanadlı raketlərini ehtiva edəcək.

Rişi Sunak bildirib ki, Ukraynanı müdafiə etmək bütün Avropa üçün təhlükəsizlik baxımından həyati əhəmiyyət kəsb edir.

Böyük Britaniyanın Baş naziri Varşavada polşalı həmkarı Donald Tusk və NATO-nun Baş katibi Yens Stoltenberqlə Avropanın təhlükəsizliyi məsələlərini də müzakirə edəcək. Onun növbəti dayanacağı Almaniya olacaq, orada AFR kansleri Olaf Şoltsla görüş keçiriləcək.

 

 

 

Seçilən
140
10
Mənbələr
Şərh ()
Bağla