Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb.
Nazir bu haqda özünün “X” sosial şəbəkəsində paylaşım edib.
“Mən Azərbaycan və Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə etməsini alqışlayıram. Onların diplomatiyası ilə ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addım atılıb”,- deyə nazir bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London