AZ

Rusiyada milçəkdən çörək bişirilməyə başlanıldı

Rusiyada milçəkdən çörək bişirilməyə başlanılıb. 


Sfera.az xəbər verir ki, bu barədə “Skolkovo” İnnovasiya Mərkəzinin “Zen” platformasındakı kanalında məlumat verilib. 


Layihəni Arxangelsk vilayətindəki müəssisədə qara əsgər milçəkləri yetişdirən “Biolaboratoriya” şirkəti həyata keçirir. 

 
Şirkət yağsız həşəratlardan tərkibində zülal miqdarı çox olan çörək hazırlamağı öyrənib. Araşdırma nəticəsində məlum olub ki, belə çörəklər daha uzun müddət saxlanılır və çörək kəsilməsə, beş-yeddi gün xarab olmur. Həmçinin qeyd olunur ki, unun hər kiloqramına bir-iki qram həşərat zülalı əlavə olunarsa, maya və mayasız xəmirin yetişmə prosesi iki dəfə tez baş verir. 


Şirkət hesab edir ki, milçəyə qarşı insanlarda əks fikir olduğundan bu cür çörəklərə ilk vaxtlarda tələb olmaya bilər: “Amma davamlı və inandırıcı izahlarla insanlarda belə çörəklərin normal və hətta faydalı olduğu dair inam yaranacaq”. 


Vasif

Seçilən
35
4
Mənbələr
Şərh ()
Bağla