AZ

Azərbaycan klubunun qırmızı immuniteti - Belə şey yoxdur...

“Zirə” Premyer Liqanın 31-ci turunu vacib qələbə ilə arxada qoydu. “Qartallar” əsas rəqiblərindən biri olan "Neftçi"ni 3:1 məğlub edərək növbəti 3 xalı aktivinə yazdırmış oldu.

Rəşad Sadıqovun yetirmələri 67-ci dəqiqədə Ceyhun Nuriyevin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda qalmasına rəğmən, 79 və 84-cü dəqiqələrdə vurduğu qollarla əzmkar qələbə qazanmağı bacardı.

Amma bu, paytaxt təmsilçisi üçün ilk belə təcrübə deyil.

Zirəlilər sanki belə duruma alışıb. Azlıqda qalandan sonra qəhrəmanlıq göstəmrək onlar üçün adiləşib.

Artıq bu mövsüm 3-cü dəfədir oxşar hal yaşanır.

Komanda ilk dəfə 6-cı turda “Sumqayıt”la oyunda belə çətin dilemma qarşısında qalıb. 10-cu dəqiqədə Pyer Zebli “Zirə”ni çətin vəziyyətdə qoyub. Erkən qırmızı vərəqə gözlənilənlərin əksinə, meydan sahiblərinin mübarizəsinə əlavə güc qatıb. Və bunun nəticəsində 45-ci dəqiqədə Məqsəd İsayevn vurduğu baxımlı qolla 3 xala sevinən tərəf olublar.

İkinci oxşar stiuasiya 25-ci tura təsadüf edir. Bu dəfə “Turan Tovuz” önündə qəhrəmanlıq göstərmək lazım gəlib. İsa Cibrila 43-cu dəqiqədə qırmızı vərəqə almaqla 0:1 uduzan komandasına ikinci zərbəni vurmuş olub. Amma “Zirə” bu dəfə də ayaqda qalmağın yolunu tapa bilib. Ceyhun Nuriyev 62-ci dəqiqədə penaldan vurduğu qolla azlıqda qalan komandasına önəmli 1 xal qazandırıb.

Premyer Liqada belə statistikaya sahib klub yoxdur.

Görünür, Rəşad Sadıqov futbolçularına azlıqda qalandan sonra necə mübarizə aparmalarının yolunu yaxşı aşılaya bilib.

"Zirə" hazırda 49 xalla sona 5 tur qalmış turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Təbii ki, bunda qırmızı vərəqələr aldığı 3 oyunda aktivinə yazdırdığı 7 xalın dəyəri çox böyükdür.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla