17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Belarusda keçiriləcək UEFA İnkişaf Turnirində iştirak edəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-na qədər Bakıda təlim-məşq toplanışı keçəcək.
Milli komandamızın baş məşqçisi Nərgiz Qurbanova qarşıdakı toplanışa bu futbolçuları cəlb edib:
Qeyd edək ki, U-17 yığmamız mayın 1-də Minskə yollanacaq. Komandamız mayın 2-də Belarus, 4-də Qazaxıstan, 7-də isə Türkiyədən olan həmyaşıdları ilə üz-üzə gələcək.
Milli komandamızın oyunlarının təqvimi belədir:
2 may
Belarus – Azərbaycan
ABFF Təlim-Məşq Mərkəzi. Saat 19:00.
4 may
Azərbaycan – Qazaxıstan
ABFF Təlim-Məşq Mərkəzi. Saat 13:00.
7 may
Türkiyə – Azərbaycan
ABFF Təlim-Məşq Mərkəzi. Saat 12:00.