AZ

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Çexiyada

Praqa, 23 aprel, AZƏRTAC

Çərşənbə axşamı Liblitse qəsrində (Praqadan 40 kilometr aralıda) “Vışeqrad qrupu” (V4) ölkələri – Çexiya, Slovakiya, Macarıstan, Polşa ordularının baş qərargah rəislərinin iclası başlayıb.

AZƏRTAC xəbər verir ki, qrupa rəhbərlik edən Çex Respublikası adından danışıqları Silahlı Qüvvələrin baş qərargah rəisi Karel Rjeqa aparır. İclas zamanı baş qərargah rəhbərləri Ukraynada münaqişənin inkişafını, o cümlədən Alyans qüvvələrinin yeni modelinin V4 ordularına təsirini və tərəfdaş ölkələr üçün maddi-texniki təminat vəzifələrini müzakirə edəcəklər. Danışıqlar çərşənbə gününə qədər davam edəcək.

Çexiyanın “Vişeqrad Qrupu”na iyunun sonunadək davam edəcək sədrliyinin prioritetləri birgə təlim fəaliyyətləri, EUBG kimi tanınan V4 döyüş qrupunun gələcəyi, V4 Birgə logistika qrupunun komandanlığı, təlim zamanı əldə edilmiş təcrübə mübadiləsi, Ukraynada müharibə, hibrid təhdidlərə qarşı mübarizə, hava hücumundan müdafiə və logistika dəstəyi, həmçinin V4 ölkələri arasında yeni silah sistemlərinin tətbiqi sahəsində səmərəli əməkdaşlıqdan ibarətdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla