AZ

Laçın sərhəd-keçid məntəqəsi bizim Qərbi Azərbaycana qayıdışımızı təmin edəcək əsas məntəqələrdən biri olacaq – Hərbi ekspert

Ermənistan Azərbaycan ərazilərinə silah-sursat, mina daşınmasını fasiləsiz olaraq həyata keçirdiyinə görə, Laçın sərhəd-keçid məntəqəsini qurmalı oldu.

Bu fikirləri Herbiand.az-a hərbi ekspert Ədalət Verdiyev Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasının bir ilinə münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, proseslər sonradan antiterror əməliyyatlarının keçirilməsi üçün münbit şərait yaratdı:

“Hər bir halda Azərbaycanın ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin təmin etməsi beynəlxalq hüquqa əsaslanan fəaliyyətlər idi. Və erməni silahlılarının bunun qarşısının almaq üçün potensialı olmadığını dəfələrlə bəyan etmişdik”.

Hərbi ekspert bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərin hələ son olmadığını vurğulayıb:

“Rus kontingentinin ərazimizdən çıxarılması, Qazaxın kəndlərinin boşaldılması, gələcəkdə Zəngəzur yolunun açılması, Qərbi azərbaycanlıların da öz doğma yurd-yuvalarına qayıtması bizim gələcək prioritetlər arasındadır.

Xatırladıram ki, bir il əvvəl qurduğumuz Laçın sərhəd-keçid məntəqəsi bizim Qərbi Azərbaycana qayıdışımızı təmin edəcək əsas məntəqələrdən biri olacaq”.

Elnurə İSAXAN

 

 

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla