AZ

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması ən aktual məsələlərdən biridir.

 

Bəs inkluziv təhsil nədir və necə qurulmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan mütəxəssis Gülnar Vəliyeva bildirib ki, inklüziv təhsil həm sağlamlıq imkanları məhdud, həm də sağlam uşaqların birgə təhsil almasıdır.

 

"Bu təhsil növü ilə əlaqədar ilk öncə valideynlərin maariflənməsi əsas faktorlardan biridir. Çünki bir çox valideyn bu təhsil növü barədə məlumatsızdır. Valideynlər bir çox hallarda sağlamlıq imkanları məhdud övladlarını cəmiyyətdən təcrid edirlər. Cəmiyyətdən kənarlaşanda isə onlarda sosiallaşma gec baş verir".

 

Ekspertin sözlərinə görə, Azərbaycanda əsasən inklüziv təhsilin evdə keçirilməsinə üstünlük verilir:

 

"Lakin xarici təcrübələrə əsasən, bu cür uşaqların sağlam uşaqların arasında təlim-tərbiyə görməsi vacib amillərdən biridir. İlk öncə bu təhsil növünün məktəbəqədər təhsil müəssisələrində, daha sonra məktəblərdə tətbiq olunması daha məqsədəuyğun hesab olunur. Bu cür uşaqlar ilk əvvəl diaqnostikadan keçməlidir. Və diaqnostikanın nəticəsi olaraq onlara loqopedik, psixoloji dəstək göstərilməlidir. Məktəblərin nəzdində inklüziv təhsil üçün şərait yaradılmalıdır. Bu zaman xüsusi proqramlardan və metodlardan istifadə olunması vacibdir.

 

Ülkər Abdurahmanlı

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla