AZ

"ABŞ Kiyevə hərbi yardımı bərpa etsə, hücumları gücləndirəcəyik" - ŞOYQU

ABŞ-ın Kiyevə hərbi yardımın tezliklə bərpası fonunda Rusiya ordusu Ukraynaya hücumlarını gücləndirəcək.

Azpost.info xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Vaşinqton Ukrayna silahlı qüvvələrinin süqutunun qarşısını almaq üçün Kiyev rejiminə təxminən 61 milyard dollar ayırmaq niyyətindədir. ABŞ və onun müttəfiqlərinin yaratdığı təhdidlərə cavab olaraq biz silahlı qüvvələrin tərkibini və strukturunu təkmilləşdirməyə, ən populyar silah və hərbi texnikanın istehsalını artırmağa davam edəcəyik. Biz logistika mərkəzlərinə və Qərb silahlarının saxlanma bazalarına hücumların intensivliyini artıracağıq”, – Şoyqu deyib.

Azpost.info

 

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla