AZ

Daha bir TFF prezidentliyinə namizəd bəlli oldu

Türkiyə Futbol Federasiyasının (TFF) bu ilin iyul ayında keçiriləcək prezident seçkilərində daha 3 namizədin adına aydınlıq gəlib.

Arena.az xatırladır ki, daha öncə Erdal Alkış və Servet Yardımcı federasiya prezidenti olmaq üçün namizədliyini irəli sürdüyünü açıqlamışdı.

Onlarla yanaşı, İbrahim Hacıosmanoğlu, Tolqa Qani Zengin və İsmayıl Uyanık da TFF prezidentliyi uğrunda mübarizə aparacağını açıqlayıblar.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyasının indiki prezidenti Mehmet Büyükekşi bir müddət öncə iyulun 18-də növbədənkənar prezident seçkisinin keçirilməsinə qərar verdiklərini açıqlayıb.

Bahar Rüstəmzadə

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla