AZ

Azərbaycanda neft-qaz sektorundan büdcəyə daxilolmalar 18 % artıb

Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar 4 milyard 562,6 milyon manat təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 %, proqnozdan isə 5 % çoxdur.

Hesabat dövründə qeyri-neft-qaz sektorundan büdcəyə daxilolmalar isə 4 milyard 671,7 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 5,5 % çox, proqnozdan isə 11,3 % çoxdur.

Yanvar-mart aylarında qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 62,4 %-ni və yaxud 2 milyard 914,4 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,5 %-ni və yaxud 1 milyard 469,9 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,5 %-ni və yaxud 118,8 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,4 %-ni və yaxud 159,4 milyon manatını sair daxilolmalar, 0,2 %-ni və yaxud 9,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsi hesabına daxilolmaları təşkil edib.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla