AZ

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Sumqayıt, 23 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtın peşəkar rəssamları “Rəssamları özünə çəkən Azərbaycan təbiəti” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrində təşkil olunan etüd və plenerlərdə iştirak edirlər. Rəssamların növbəti səfəri Qarabağın incisi qədim Şuşa şəhərinə olub.

Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova AZƏRTAC-a bildirib ki, rəssamlar şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

“Sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunub. Sumqayıt rəssamları bir necə gün davam edən yaradıcı ezamiyyətdə 30 ildir əsarət altında qalan cənnət guşəmizin füsunkar mənzərəsini, gözəl təbiətimizi çəkdikləri rəsmlərdə vəsf edərək, Şuşanı tərənnüm edən rəssamlar siyahısına imza atıblar. Şuşa yenidən milli mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək”, - deyə o, əlavə edib.

 

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla