AZ

“Barselona” Arauxonu satmağa məcburdur

“Barselona” Ronald Arauxonu satmağa hazırlaşır. İspanya nəhəngi maliiyə problemlərini qaydasına salmaq üçün buna məcburdur.

Futolinfo.az xəbər verir ki, yaydaa heyətin gücləndirilməsi üçün bir neçə futbolçu alınacaq. Belədə heyətdən kimlərinsə getməsi lazımdır. “Barselona” da ulduzlarını satıb daha ucuz qiymətə olan futbolçular almaq istəyir.

25 yaşlı uruqvaylı üçün 70 milyon avro təklif edənlər var. İspaniya klubu isə 100 milyon avroluq qazanc götürmək niyyətindədir. Mərkəz müdafiəçisi özü klub dəyişmək niyyətində deyil, lakin maliyyə vəziyyətinə görə o da taleyi ilə barışıb.

2018-ci ildən “Barselona”da olan Arauxonun hazırkı müqaviləsi hələ daha 2 mövsüm burada qalmağa imkan verir.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla