![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/1/31/3/30bb5652-3b41-41d3-93db-dcc55648d1f3/iran-turizm-esas.png)
Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,9 min nəfər və ya 41,5% artıb.
Onu da qeyd edək ki, bu ilin ilk 3 ayında xaricə səfər edən azərbaycanlıların 67,4%-i hava, 30%-i dəmir yolu və avtomobil, 2,6%-i isə dəniz nəqliyyatından istifadə edib.
Elnur Əli