AZ

Uzunmüddətli mühafizə orderi hansı hallarda verilir?

Məişət zorakılığı (fiziki, psixi, cinsi, iqtisadi xarakterli) törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Bu məhdudiyyətlərin əks olunduğu sənəd (akt) mühafizə orderi adlanır.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məişət zorakılığı ilə bağlı maarifləndirici məlumatında bildirilib.

Qeyd olunub ki, məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

Uzunmüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:

1. məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;

2. yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;

3. zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;

4. mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.

Uzunmüddətli mühafizə orderinin verilməsi

Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinə verilir.

Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan şikayət verilə bilər. Yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.

Uzunmüddətli mühafizə orderinin surəti onun çıxarıldığı gün tərəflərə verilməlidir.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla