AZ

"Bu il 20 mindən artıq soydaşımız öz evlərinə geri dönəcək" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti "Böyük Qayıdış"la bağlı dövlət proqramı haqqında sərəncam imzaladı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, bu proqrama görə işğaldan azad edilmiş ərazilər və Qarabağ iqtisadi rayonunun yenidən qurulması, bərpa prosesi işlərinə başlanıldı: "Bu proses tam sürətlə davam etməkdədir. Məhz azad olunan ərazilərə artıq keçən ildən başlayaraq ilk sakinlər məskunlaşmağa başladı. Zəngilanın Ağalı kəndi ilk olaraq məskunlaşdı. Sonra Laçın şəhərinin Zabux kəndi, eyni zamanda Füzuli şəhərində məskunlaşma prosesi həyata keçməkdədir. Artıq 6 minə yaxın soydaşımız öz doğma yurdlarına qayıdıblar, yaşayırlar.

"Böyük Qayıdış" proqramı 2026-cı ilə qədər 140 minə yaxın soydaşımızın geri dönüşünü təmin etməyi planlayır. Bu il 20 mindən artıq soydaşımız öz evlərinə geri dönəcək. 2026-cı ildə Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam şəhərləri də öz sakinlərini qəbul edəcək. Azərbaycan dövləti bu böyük layihələri öz gücünə həyata keçirir. Təəssüf ki, bu məsələ ilə bağlı beynəlxalq donor təşkilatları və digər dövlətlər hansısa dəstək vermədilər. Bütün bunlara baxmayaraq Azərbaycan bu prosesin öhdəsindən gələrək 2026-cı ilə qədər "Böyük Qayıdış" proqramının 1-ci mərhələsini həyata keçirəcək. Bu proses 2040-cı ilə qədər davam edəcək, vaxtilə öz ərazilərindən qovulmuş bütün soydaşlarımız ata-baba yurdlarına qayıdacaq və burada məskunlaşacaqlar".

Müəllif: Söylü Ağazadə
Seçilən
29
29
Mənbələr
Şərh ()
Bağla