AZ

"Ödənişli yolda qəzaların baş verməsinin əsas səbəbi..." - EKSPERT AÇIQLADI

“Ödənişli yolda qəzaların baş verməsinin əsas səbəbi odur ki, burada məsuliyyət yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, yəni, heç kəs bu yolda sürət həddini gözləməklə bağlı öhdəlik hiss etmir: “Gələcəkdə burada qəzaların olmayacağını demək isə çox çətindir”.

Aslan Əsədov sözlərinə belə davam edib: “Bu yolda ona görə xeyli qəza olur ki, hərəkət iştirakçılarının məsuliyyətindən söhbət getmir. Ödənişli yol o demək deyil ki, pulunu verib necə istəsən hərəkət edəsən. Düşünürəm ki, sürücülərin də üzərinə böyük məsuliyyət düşür. Sürət həddinin aşılmasına görə 100-200 manat həddində cərimələr var. Bundan artıq cərimə nə qədər olsun? İnsanlar dərk etməlidir ki, bu yol 220-250-lik yol deyil”.

Xatırladaq ki, son vaxtlar tez-tez ödənişli yolda ağır qəzalara baş verir. Bu qəzalardan biri də dünən baş verib. Hadisə yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “KİA" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Ayşən Vəli

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla