AZ

Prezident İlham Əliyev: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Bakı. Trend:

COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələriaparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yolaçacaq.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçünYaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

“Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİsüqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamışBaltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələrgedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunuedirik. Düşünürəm ki, COP29 əla fürsətdir”, - deyə AzərbaycanPrezidenti vurğulayıb.

Seçilən
20
10
Mənbələr
Şərh ()
Bağla