Brent markalı neftin qiyməti və valyuta məzənnəsindəki dəyişikliklərlə Türkiyədə vətəndaşlar benzin və dizel qiymətlərini izləməyə davam edir.
News24.az xəbər verir ki, qiymətlərdə kəskin artım olmasa, 25 aprel 2024-cü il cümə axşamından etibarən dizel qiymətlərində 1 lirə 40 quruş civarında endirim gözlənilir.
Qeyd edək ki, mövcud qiymətlər isə belədir:
- İstanbulda dizelin bir litrinin qiyməti 42 lirə 18 quruşdur.
- Benzinin litri orta hesabla 43 lirə 58 quruşa satılır.
Günel Məlikzadə