AZ

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış.

Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:

"Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər. Qızı deyir ki, dəfələrlə dedi, ağ mebel alın. Tünd və qara olmasın, evi boğur. Hətta deyib ki, gecə yaxşı yuxu görməmişəm. Evdəkilər deyib ki, bəlkə sən bizlə gələsən və ya getməyək. Qoymayıb, deyib gedin. Qızı deyir ki, o biri otağa keçəndə gördük ki, xırıltı gəlir. İki həkim briqadası gəlib, deyiblər ki, heç nə edə bilmərik".

Qeyd edək ki, C.Məmmədov aprelin 20-də ürəktutmasından dünyasını dəyişib.


BiG.Az
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla