AZ

Dünyada israf edilən qida aclıqdan əziyyət çəkənlərin çoxuna bəs edir - STATİSTİKA

Dünyada istehsal olunan və heç vaxt yeyilməmiş qidalar 2 milyard insana kifayət edər. Bu rəqəm pis qidalanan insanların sayından iki dəfə çoxdur.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, ərzaqların 17 faizi evlərdə və pərakəndə satışda israf olunur.

Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən hazırlanan araşdırmaya görə, hər il insan istehlakı üçün istehsal olunan qidanın təxminən üçdə biri istehlak edilməzdən əvvəl israf edilir və ya itirilir.

Qida istehsalındakı çatışmazlıq qlobal aclıq böhranına səbəb olmur, əksinə, hazırda dünyada hər bir fərd üçün kifayət qədər qida istehsal olunur; Buna baxmayaraq, dünyanın hər yerində insanlar aclıqla mübarizə apararır, bir çox zəngin ölkələrdə israfçılıq mətbəxdən başlayır, yeməklərin çoxu yeyilmədən atılır.

Qida tullantıları inkişaf etməkdə olan ölkələrdə də məhsul yığımı zamanı baş verir.

Ümumdünya Ərzaq Proqramının araşdırmasına görə, qlobal miqyasda istehsal edilən, lakin yeyilmədən atılan qida 2 milyard insana bəs edir və bu rəqəm qida çatışmazlığından əziyyət çəkən insanların sayından iki dəfə çoxdur.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla