AZ

Kubok qazanılsa belə, yollar ayrılacaq

“Mançester Yunayted”də Erik ten Haq barədə qərar verilib.

İdmanxeber.az məlumat verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi komanda İngiltərə Kubokunu qazansa belə, niderlandlı mütəxəssislə yollarını ayıracaq. İngiltərə mətbuatında çıxan xəbərlərə görə Ten Haqın komandada qalmaq ehtimalı çox azdır.

Ten Haq 2022-ci ilin yayından “mankunianlar”ı idarə edir. O, ötən il “Mançester Yunayted”ə Liqa Kubokunu qazandırmağı bacarıb.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla