AZ

Mutunun “Neftçi”yə gətirdiyi legioner niyə getməyə tələsir?

“Neftçi”n in ötən ilin yayında sıralarına qatdığı Mark Tamaş Azərbaycandan ayrılmağa hazırlaşır.

Adrian Mutunun istəyi ilə ölkəmizə gələn macarıstanlı legioner hazırda bir neçə klub arasında seçim edir.

30 yaşlı mərkəz müdafiəçisi ölkəsiylə yanaşı, Rumıniya, Polşa və Kiprdən olan komandalarla danışıqlar aparır.

«Neftçi»də 4 nömrəli formanı geyinən Tamaşın müqaviləsi gələn ilin yayında bitəcək. Onu buradan getməyin doğruluğuna inandıran səbəb özünü rahat hiss etməməsidir.

Başa düşüb ki, ayyarım sonra baş məşqçi dəyişsə, əsas heyətdə yerini tamamilə itirəcək. Elə Miodraq Bojoviç də ona çox etimad göstərmir.

Mutunun dönəmində əsas «11-liy»in aparıcı simalarından biri olsa da, bu ilin əvvəlindən, monteneqrolu çalışdırıcının təyinatından sonra vaxtını əksər hallarda ehtiyat skamyada keçirir

Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib.

Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.

SPORTİNFO.AZ

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla