Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiya Baş naziriPetr Fiala ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə nazirliyin sosial mediahesabında qeyd edilib.
Qeyd edilib ki görüşdə Azərbaycan və Çexiya arasında ikitərəflivə çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-labağlı məsələlər və regionda münaqişədən sonrakı dinamika müzakirəedilib.
Xatırladaq ki, 22 aprel 2024-cü il tarixində AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov ÇexRespublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsiplanlaşdırılır.