AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada Ali Səviyəlli toplantı keçirib (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “QərbiBalkanların Dostları” başlığı altında Sloveniyanın paytaxtıLyublyana şəhərində ali səviyyəli konfrans keçirilib.

Trend xəbər verir ki,konfransda “Qərbi Balkanlarda siyasi və təhlükəsizlik vəziyyətiAvropada və dünyada geosiyasi dəyişikliklərin konteksti”, "Avropaİttifaqının (və NATO-nun) Genişlənmə Strategiyası" və o cümlədənAzərbaycanda keçiriləcək COP29-a həsr olunmuş “Qərbi BalkanlarınınAvropa İncələməsində İnteqrasiyası: COP29-a gətirən yol” müzakirəmövzuları olub.

Toplantıda Sloveniyanın sabiq Prezidenti Borut Pahor,Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Serbiyanın sabiqPrezidenti Boris Tadiç, BMT Baş Assambleyasının 75-ci SessiyasınınPrezidenti Volkan Bozkır və 67-ci Sessiyasının Prezidenti VukYeremiç, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasətiüzrə sabiq ali nümayəndəsi və Avropa Komissiyasının sabiq birincivitse-prezidenti Baronessa Ketrin Eşton, Avstriyanın sabiq federalPrezidenti Haynts Fişer, Xorvatiyanın sabiq Prezidenti İvoYosipoviç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladenİvaniç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç və sabiqMüdafiə naziri Miliça Peyanoviç-Durisiç, Avstriyanın sabiq federalxarici işlər naziri Benita Ferrero-Valdner, Monteneqronun sabiq Başnaziri İqor Luksiç, Avropa İttifaqının Belqrad-Priştina dialoquüzrə xüsusi nümayəndəsi Miroslav Layçak və digər ali səviyyəliqonaqlar iştirak ediblər.

Həmçinin, səfər çərçivəsində Sloveniyanın Prezidentixanım Nataşa Pirc-Musar ali səviyyəli toplantının iştirakçılarınıqəbul edib. Görüş zamanı xanım Prezidentə Mərkəzin nəşri olan“Qələmin Sehri – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar”kitabının xüsusi nəşri təqdim olunub.
Nizami
Nizami
Nizami
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla